BaşlıcaSiyasət

Azərbaycanda növbəti saxtalaşdırılmış seçkilər

Fevralın 9-da Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində rekord sayda namizəd (1314)  iştirak edib. Gözlədiyi kimi, seçkilərdə Azərbaycanın prezidenti İlham Əliyevin rəhbərlik etdiyi “Yeni Azərbaycan” partiyası qazandı (ilkin məlumatlara görə – 71 yer).

Hakim partiyaya yaxın əlaqələri olan müstəqil millət vəkilləri və yalnız iki müxaAzərbaycanda növbəti saxtalaşdırılmış seçkilərlifət nümayəndəsi də seçilib .

Ənənəvi olaraq, Azərbaycanda keçirilən parlament seçkiləri həm beynəlxalq ictimaiyyət, həm də Azərbaycan ictimaiyyəti tərəfindən az maraq gördü. Avtoritar və prezidentin böyük səlahiyyətlərinə sahib olan bir ölkə kimi Azərbaycan parlamenti ölkənin daxili və xarici siyasətinə heç bir təsir göstərmir.

Bu növbədənkənar parlament seçkiləri İlham Əliyevin kadr dəyişiklikləri baxımından  maraqlı idi. Hələ də 2018-ci ildə Əliyev  bir sıra əsas vəzifələrə yeni şəxləri təyin etdi və köhnə kadrlardan “qurtulma” prosesinə başladı.

Növbədənkənar parlament seçkilərinin təşkili  Azərbaycan təbliğat maşını “gəncələşmə, hazırkı Məclis Əliyevin siyasətinə və islahatlarına uyğun olmadığı üçün daha səlahiyyətli bir parlamentə yönəlmiş bir dəyişiklik” kimi qiymətləndirdi.

Seçkilərin nəticələri göstərib ki, qeyd olunan gəncləşmə siyasəti uğursuz oldu. Seçkilər nəticəsində seçilən deputatların əksəriyyəti yenidən seçiliblər. Seçilmiş iki müxalifət nümayəndəsi (Erkin Qədrli və Vüqar Bayramov), yeni seçilmiş Milli Məclisə əhəmiyyətli təsir göstərə bilməyəcəklər

Seçki prosesinə toxnaraq, qeyd etmək lazımdır ki, həm seçki kampaniyası, həm də səsvermə prosesi ərzində demokratik normaları kobud şəkildə pozulub. Beynəlxalq Seçki Müşahidəsi Missiyasının (ATƏT DTİHB, AŞPA, ATƏT PA) seçkilər barədə hesabatı seçki ərzində baş vermiş pozuntuları sübut edir. Hesabatda qeyd olunur ki, Azərbaycanda əsas insan hüquq və azadlıqları pozulub, bu isə  bir sıra müxalif qüvvələrin seçkiləri boykot etməsinə səbəb oldu.

Azərbaycanda keçirilən seçkilər ölkənin avtoritat sistemində olan problemlərini bir daha da üzə çıxardı.

Daha çox göstər
Back to top button