Başlıcaİctimaiyyət

Bakı meriyası deputatlığa namizədlərin mitinq keçirməsinə icazə verməyib

Bakı meriyası Müsavat, REAL partiyaları, D18 təşkilatı və deputatlığa müstəqil namizədlərin fevralın 16-da mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib.

Meriya imtinanı heç bir şeylə əsaslandırmayıb. Turana əsasən, bu barədə mitinqin təşəbbüsçülərindən biri, deputatlığa müstəqil namizəd Ruslan İzzətli bildirib.

Turan-ın təşkilatçıların icazəsiz mitinqə gedib-getməyəcəyi ilə bağlı sualının cavabında o deyib ki, bu barədə qərar meriyaya müraciəti imzalayan hər kəs ilə müzakirədən sonra qəbul ediləcək.

Xatırladaq ki, parlament seçkilərinin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq “28 may” metro stansiyasının qarşısındakı meydanda mitinq planlaşdırılırdı.

Daha çox göstər
Back to top button