İctimaiyyət

Basta.info-nun redaktoru polis tərəfindən vəhşicəsinə döyülüb

“MSK-nın qarşısında böyük polis maşınının içində 3 nəfər vəhşicəsinə üzümə yumruq-təpik vurdu. Ağzım-burnum qan içində təxminən yarım saat burada saxladılar”, deyə Basta.info saytının baş redaktoru Mustafa Hacıbəyli fevralın 12-də Facebook səhifəsində yazıb.

“Sonra MSK-nın binasına apardılar ki üzünün qanını yu. Ordan bolis bölməsinə, bölmədən polis idarəsinə, oradan narkodispanserə apardılar.

Sonra yenə idarəyə qaytardılar. Xeyli psixoloji təzyiqdən sonra sərbəst buraxdılar. Sabah polisə çağıracaqlarını bildirdilər…

Üzüm başım şişib, eynəyimi də sındırıblar, amma narahat olmayın, salamatam. Yola davam”, deyə redaktor qeyd edib.

Daha çox göstər
Back to top button