BaşlıcaSiyasət

İordaniya kralı Yeravandan “Din və tolerantlıq” mövzusunda mesaj göndərib

Ermənistana rəsmi səfərə gələn İordaniya Kralı əlahəzrət  Abdullah ibn Al Hüseyn Al Haşimi Prezident Sarayında iki ölkənin rəmi nümayəndə heyətləri, yerli və xarici diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, şərqsünas alimlər iştirakı ilə “Din və tolerantlıq” mövzusunda çıxış edib. Bu barədə ER Prezidentinin Administrasiyasından məlumat verilib.

ER Prezidenti çıxışında  Əlahəzrəh II Abdullahın Ermənistana səfərini tarixi adlandırıb.

“Hamı xatırlayır ki, sizin dədəniz ərəb xalqını erməni soyqırımından xilas olunan ermənilərə sığınacaq verməyə çağırıb. Mən erməni xalqının adından dərin təşəkkürümü bildirirəm”.

Əlahəzrəh II Abdullah öz növbəsində İordaniya nümayəndə heyətinin adından səmimi qonaqpərvərliyə görə dərin minnətdarlığını bildirib.

“Yerevan dünyanın ən qədim şəhərlərindən biri olmaqla, canlı və gənc bir şəhərdir. Bu mənə sevimli İordaniyanı xatırladır. Bu, gözəl ölkənizə ilk rəsmi səfərimiz olsa da, ailədə olduğumuzu hiss edirik  və əslində bir ailəyik. Ailə münasibətlərimiz əsrlər boyu olub. İordaniyada minlərlə erməni əsilli adam var. Onlar iki ölkəmizə şərəf gətirirlər”,- deyə kral qeyd etdi.

İordaniyanın kralı həmçinin qeyd etdi ki, Qüdsdəki erməni məhəlləsi əsrlər boyu şəhərin bir hissəsi olmuşdur və Ermənistan Patriarxlığı digər kilsələr arasında Ömərin himayəsində olmuşdur.

“Xristianların və müsləmanların birlikdə yaşama ənənəsi 1300 illik bir tarixə malikdir. Mən  qürur duyuram ki, mənə Qüds Patriarxlığının müqəddəs yerini qorumaq vəzifəsi həvalə olunur. Müqəddəs şəhərin zorakılığın və bölünmənin oxuna çevrilməsinə icazə verə bilmərik”, _ deyə əlahəzrət II Abdullah qeyd etdi.

Daha çox göstər
Back to top button