Klassik Xalq Cəbhəsi Partiyası parlament seçkilərinin nəticələrinin ləğvini tələb edir

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) fevralın 9-da keçirilən seçkilərlə formalaşan parlamenti qeyri- legitim sayır, total saxtalaşdırılmış seçkinin nəticələrini tanımır. KXCP bütün siyasi partiyaları, müstəqil namizədləri seçkinin nəticələrini birgə müzakirə etməyə və Azərbaycan xalqını antimilli, qeyri – legitim Milli Məclisə qarşı mübarizədə birliyə çağırır, partiyanın bəyanatında deyilir.
Partiya seçkilərin nəticələrini ləğv etməyi və yeni seçki keçirməyi tələb edir.
Azərbaycan hakimiyyəti 1993-cü ildən seçkiləri saxtalaşdırır. Milli Məclis üzvlərinin 80 nəfərindən çoxu yeni, növbədənkənar parlament seçkisinin “qalibi” elan edildi. Buraxılmış parlamentin üzvlərinin əksəriyyəti seçicilərlə görüş zamanı öz layiqli qiymətini alaraq rayonlardan qovulub.