BaşlıcaSiyasət

Müsavat Partiyası zorakılığa yol vermiş polislərin cəzalandırılmasını tələb edir

Müsavat Partiyası fevralın 11-də axşam MSK-nın qarşısında dinc etiraz aksiyası keçirən və bu aksiyanı işıqlandıran jurnalistlərə qarşı zorakılıq edən polis işçilərinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Bəyanatda bildirilib ki, fevralın 11-də əsasən gənclərdən ibarət olan bir qrup deputatlığa namizəd 10 saylı Binəqədi seçki dairəsindən olan deputatlığa namizəd Rəbiyyə Məmmədovanın MSK qarşısında keçirdiyi dinc aksiyaya dəstək verib, 50-dək deputatlığa namizəd, siyasi fəallar və jurnalistlər toplaşıb .

Partiyanın bəyanatında deyilir ki, polis və digər güc qurumlarının deputatlığa namizədlər və mətbuat işçilərinə qarşı zorakılığına heç bir əsas olmayıb. Aksiya iştirakçılarının çoxu və jurnalistlər ciddi xəsarət alıb, onlar təhqir və psixoloji təzyiqə məruz qalıblar.

Müsavat Partiyası dinc etiraz aksiyası zamanı zorakılığa yol vermiş şəxslərin dərhal istintaqa cəlb olunaraq cəzalandırılmasını tələb edir.

Daha çox göstər
Back to top button