BaşlıcaBeynəlxalq

Azərbaycan: Qadın jurnalistlərə qarşı polis zorakılığı

Gecə saatlarında MSK qarşısında etiraz aksiyasının dağıdılması zamanı xüsusi təyinatlı polis dəstəsi təkcə deputatlığa namizədlərə qarşı deyil, böyük bir qrup jurnalistə qarşı da kobud davranıb. Belə ki, polis qadın jurnalistləri tutub avtobuslara atırdılar, onlardan bəziləri xəsarət alıb. Məsələn, Aynur Elgünəşin başı yarılıb.Həmçinin  frilanser Aytac Tapdıq, Sevinc Vaqifqızı (Meydan TV, qolunda ciddi xəsarət  üzündə qançır), Ülviyyə Quliyeva və Aygün Rəşidova (Amerikanın Səsi) saxlanılıb.Onlar hamısı saxlanılarkən zorakılığa məruz qalıb və müxtəlif dərəcəli xəsarətlər alıblar. Onların kameraları əllərindən alınaraq, çəkiliş aparmalarına icazə verilməyib.Basta.info sayının redaktoru Mustafa Hacıbəyli də saxlanılanlar arasında olub. Onu ayrı maşına mindiriblər və döyüblər.Saxlanılan şəxsləri iki saata yaxın Bakı ətrafında gəzdiriblər və gecə yarısı “20-ci Sahə”də yoldan uzaq bir yerdə endiriblər.Üç qadın jurnalist, o cümlədən Xədicə İsmayılova saxlanılan həmkarlarını aparan  avtobusun arxasınca gəldikdə saxlayıblar və yerə atıblar.Qeyd edək ki, daha bir neçə jurnalist MSK binası qarşısında zorakılığa məruz qalsa da,  sonda qaçmağa müvəffəq olublar

Daha çox göstər
Back to top button