İctimaiyyət

BŞİH mitinqin keçirilməsinə icazə verib: “28 may” metrosunun önündə meydanda yox, Lökbatanda

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) öz qərarını dəyişirək ReAl və Müsavat partiyaların, D18 Hərəkatın və iki müstəqil namizədin parlament seçkiləri zamanı saxtakarlıqlara qarşı mitinqini razılaşdırdı. 

Ermənistanın İctimai Radiosu “AzadlıqRadiosu”na istinadən xəbər verir ki, D18 Hərəkatın başqanı Ruslan İzzətlinin sözlərinə görə, səhər mitinq müraciətinə mənfi cavab verən qurum onu bu gün, fevralın 12-də BŞİH-ə ikinci dəfə dəvət edərək başqa bir qərar təqdim etdi.

“BŞİH-nin ictimai-siyasi və humanitar şöbəsinin rəhbəri Elmin İmanov mənə müraciətimizə cavab təqdim etdi. Cavabda qeyd olunur ki, 28 may metrosunun önündə meydanda yox, Lökbatanda 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim idman bazasında fevralın 16-da saat 15:00-dan 17:00-dək keçirilməsinə razılıq verilib”.

Xatırladaq ki, daha əvvəl Bakı meriyası Müsavat, REAL partiyaları, D18 təşkilatı və deputatlığa müstəqil namizədlərin fevralın 16-da mitinq keçirməklə bağlı müraciətinə mənfi cavab verib.

Daha çox göstər
Back to top button