BaşlıcaBeynəlxalq

Milli Təhlükəsizlik nazirliyinin generalı, 19 il həbs cəzasına məhkum edildi

Ləğv edilmiş Milli Təhlükəsizlik nazirliyinin sabiq şöbə rəisi Zakir İsmayılov və həyat yoldaşı Nəzakət İsmayılovaya cəza verilib.“Qafqazinfo”nun verdiyi xəbərə görə, dövlətə xəyanətdə ittiham olunan cütlüyə Bakı Hərbi Məhkəməsinin hakimi Camal Ramazanov hökm oxuyub.Məhkəmənin hökmü ilə Z.İsmayılov 19 il, N.İsmayılova 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin tərəflər bu cəzadan narazı qalaraq apellyasiya şikayəti veriblər.Eyni zamanda, Baş Prokurorun müavini – Azərbaycan Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev cəzanın ağırlaşdırılması üçün protest verib. Eyni zamanda, hərbi prokuror Xanlar Vəliyev apelyasiya şikayətini verib. Hazırda hər iki tərəfin müraciətləri Bakı apelyasiya məhkəməsində dinlənilir.Bundan əvvəl Dövlət Təhlükəsizliyi xidməti MTN-in keçmiş rəhbəri Zakir İsmayılovun maddi təzminat üçün xarici xüsusi xidmət orqanları tərəfindən gizli əməkdaşlıqda iştirak etdiyini bildirmişdi.İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.İstintaq gedişatında Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Daha çox göstər
Back to top button