BaşlıcaSiyasət

Şennak və Şvabe Azərbaycanda seçkisonrası dövrdə zorakılığı pisləyiblər

“Seçkisonrası dövrdə Azərbaycanda baş verən hadisələrdən həddindən artıq narahatam”. 9 fevral seçkilərində AŞPA-nın müşahidəçilər missiyasının koordinatoru Frank Şvabe Twitter-dəki mikrobloqunda belə yazıb.

“Deputatlığa namizədlərə qarşı zorakılıq və onların həbsi biabırçı haldır. Ölkə hakimiyyətini insan hüquqlarına hörmət etməyə çağırıram”, deyə o qeyd edib.

Öz növbəsində, AŞPA-nın Azərbaycan üzrə məruzəçisi  Stefan Şennak Twitter-də yazıb: “Bu seçkilər ətrafında baş verənlərdən çox narahatam – bülletenlərin kütləvi şəkildə qutulara atılması, jurnalistlərin döyülməsi, bütün digər pozuntular – (məntəqələrin) 40%-də bu cür hallar həqiqətən baş verib – çox pisdir”.

Daha çox göstər
Back to top button