İctimaiyyət

Gəncə məhbusunun yaxınları onun taleyindən narahatdır Gəncə məhbusunun yaxınları onun taleyindən narahatdır

Gəncə şəhərində baş verən hadisələrə görə saxlanılan və daha sonra həbs olunan Samir İbrahimovun ailəsi onu barəsində narahat olduğunu ifadə edir.

 Ermənistanın İctimai Radiosu “Turan” informasiya agentliyinə istinadən xəbər verir k, ailə üzvlərinin verdiyi məlumata əsasən, Samir İbrahimov heç bir səbəb olmadan bu gün (red- 13 fevral) saat 18:00 radələrində 6 saylı Cəza Çəkmə Müəsisəsinin rəhbərliyinin yanına çağrılıb: “Saatlar ötməsinə baxmayaraq Samir İbrahimov hələ də kamera yoldaşlarının yanına qayıtmayıb. Bu da onların haqlı narahatlıqlarına səbəb olub. Samir barəsində maraqlansalar da heç bir məlumat ala bilməyiblər. “Karser” ilə əlaqə saxlanılsa da Samirin orada da olmadığı məlum olub. Biz onun harada olmasını bilmirik. Bu vəziyyətə görə çox narahatıq. Samirin barəsində rəsmi açıqlama verilməsini və yaxud kamerasına qaytarılmasını tələb edirik”.-

Daha çox göstər
Back to top button
Close