Başlıcaİctimaiyyət

Azərbaycanda iki gənc koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilib

Pekindən gələn 22 yaşlı Azərbaycan vətəndaşı koronavirus şübhəsi ilə Kliniki Mərkəzə yerləşdirilib. Turana əsasən, bu barədə Səhiyyə Nazirliyinin 14 fevral tarixli məlumatında bildirilir.

Hazırda Kliniki Mərkəzdə koronavirus şübhəsi ilə iki nəfər var. Onlardan biri Pekində təhsil alan 26 yaşlı tələbədir.

22 yaşlı Azərbaycan vətəndaşına gəlincə, o, Pekində işləyib, fevralın əvvəlində Vətənə qayıdıb. Bundan öncə Moskva, İstanbul və Tbilisidə olub. Hərarətinin yüksək olması səbəbilə xəstəxanaya yerləşdirilib.

Fevralın 14-də səhər hər iki xəstənin hərarəti olmayıb, Səhiyyə Nazirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir.

Daha çox göstər
Back to top button
Close