Başlıcaİctimaiyyət

Jurnalistlər polislərin cəzalandırılmasını tələb edirlər

Fevralın 11-də MSK-nın qarşısında deputatlığa namizədlərin etiraz mitinqini işıqlandırarkən polis zorakılığına məruz qalan bir qrup jurnalist Baş Prokurorluğa müraciət etdi.

Onlar polis əməkdaşlarının zorakılıq əməllərindən şikayətləniblər, belə ki, bəzi jurnalistlərə bədən xəsarəti yetirilib.

Müraciət edənlər jurnalistlərin qanuni fəaliyyətinə maneə törətdikləri üçün günühkarların cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edirlər.

Bundan öncə daha bir jurnalist, Qarabağ müharibəsi veteranı Mustafa Hacıbəyli amansızcasına döyülməsilə bağlı Binəqədi prokurorluğuna şikayətlə müraciət edib.

“Sərhədsiz Reportyorlar” təşkilatı bildirib ki,  M.Hacəbəylidən başqa “Meydan” TV-nin reportyoru Sevinc Vaqifqızı da əl və üz nahiyəsindən ciddi xəsarət alıb. “Amerikanın səsi”nin jurnalistləri Ülviyyə Quliyeva və Aygün Rəşidova, “Azadlıq” radiosunun müxbiri Aytən Məmmədova və müstəqil jurnalistlər Aynur Elgünəş və Aytac Tapdıq müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onları şəhər ətrafına aparıb və gecə yarısına yaxın şossedən uzaqda sərbəst buraxıblar. Onların üç həmkarı, tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova da daxil olmaqla, onların ardınca taksidə gəliblər, ancaq onlar da saxlanılıb və döyülüb

Daha çox göstər
Back to top button
Close