BaşlıcaBeynəlxalq

Sərhədsiz Reportyorlar: Azərbaycan hakimiyyəti plüralizmi məhv edir

Fevralın 9-da keçirilmiş səsvermədən sonra “Sərhədsiz Reportyorlar” (RSF) Bakıda jurnalistlərin çalışmasına mane olan ən az 18 hadisəni müəyyən edib. Bəzi hallarda KİV işçiləri fiziki zorakılığa məruz qalıblar. Hakimiyyət bu zorakılıqda günahkar olanları məsuliyyətə cəlb etməlidir. Amerikaninsesi.org saytına əsasən, bu barədə “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuatı müdafiə təşkilatının bəyanatında deyilir.

Çərşənbə gününə keçən gecə xüsusi təyinatlı polislər Bakıda Mərkəzi Seçki Komissiyasının qarşısında oturaq keçirən deputatlığa namizədləri zorla dağıdıblar. Bəzi jurnalistlər qaça bilib, lakin onlardan xeyli saxlanılıb və döyülüb.

Aksiya iştirakçılar zorla avtobusa mindirilərkən hadisəni işıqlandıran yeddi  qadın jurnalist polis tərəfindən döyülüb, onların kameraları və telefonları götürülüb.

“Azərbaycan hakimiyyəti öz beynəlxalq öhdəliklərinə və KİV azadlığına və təhlükəsizliyinə zəmanət verilməsi barədə vədlərinə baxmayaraq, siyasi və jurnalist plüralizmini məhv etməyə davam edir”, – Şərqi Avropa və Mərkəzi Asiya şöbəsinin müdiri Janna Kavelye bildirib.

Müstəqil mətbuat seçki qaydalarının kobud şəkildə pozulduğunu, jurnalistlərin hüquq- mühafizə orqanları və seçki komissiyalarının əməkdaşları tərəfindən zorakılığa məruz qaldıqlarını bildiriblər.

“Biz şəffaf araşdırma aparılmasını, bu zorakılığı törədənlərin mühakimə olunmasını,  Avropa İnsan Hüquqları Konvensiyasına, Mülki və Siyasi Hüquqlar haqda Beynəlxalq Pakta əməl olunmasını tələb edirik”, – o vurğulayıb.

 “Sərhədsiz Reportyorlar” seçki günü jurnalistlərə ən azı səkkiz hücum faktını qeydə alıb, onlara işləməyə imkan verilməyib.

2019-cu  dünya mətbuat azadlığı indeksində Azərbaycan 180 ölkə arasında 166-cı yerdədir. Əksər tənqidi KİV, əsas müstəqil xəbər saytları bağlanıb və hazırda ən azı altı jurnalist həbsdədir, bəyanatda deyilir.

Daha çox göstər

Həmçinin yoxlayın

Close
Back to top button
Close