Siyasət

Seçkilər bütün mərhələlərdə informasiya blokadası şəraitində keçirilib

Fevralın 14-də Bakı Mətbuat Klubu “Parlament seçkiləri 2020 və KİV: jurnalistin hüquq və vəzifələri” mövzusunda “dəyirmi masa” keçirib.

Turan agentliyinə əsasən, müzakirəlrin mövzusu 9 fevral seçkilərini işıqlandıran KV-lərin monitorinqinin nəticələri və jurnalistlərin hüquqlarının müdafiəsi olub.

Seçkilər bütün mərhələlərdə, o cümlədən namizədlərin qeydiyyatı, seçki kampaniyası və səsvermə informasiya blokadası şəraitində keçirilib.

Həmçinin obyektivlik, qərəzsizlik,  plüralizm kimi universal prinsiplərə əməl olunmaması aşkar edilib.

Mehman Əliyev qeyd edib ki,  MSK-nın informasiya mərkəzi seçkilərin gedişi və nəticələri barədə ictimaiyyətə dezinformasiya ötürüb və bu, nəzarət altındakı KİV-lər tərəfindən  yayılıb. Mətbuat Şurasının üç mərhələli adlandırdığı monitorinq isə heç bir şey haqda deyildi və sosial şəbəkələr sayəsində geniş ictimaiyyətə kütləvi şəkildə məlum olan pozuntuları aşkar etmədi.

Media Hüququ İnstitutunun nümayəndəsi Xalid Ağəliyev qeyd edib ki, etiraz edən namizədlərin MSK-nın binası qarşısında keçirdiyi aksiyanın polis tərəfindən dağıdılması zamanı 17 jurnalist və bloger xəsarət alıb ki, bu da seçki zamanı jurnalistlərin hüquqlarının pozulmasının kulminasiya nöqtəsi olub.

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev “dəyirmi masa”nın nəticələri ilə bağlı müraciəti oxuyub. Müraciətdə deyilir: “Növbədənkənar parlament seçkilərinin KİV-də işıqlandırılmasının monitorinqi ölkə jurnalistikasında böhranın olduğunu göstərdi.

KİV-lər məlumatlandırma, əhalini maarifləndirmə, debatlar üçün şərait yaratmaq və siyasi kampaniya plüralizmi kimi vacib vəzifələrin öhdəsindən gələ bilmədilər. Televiziya qəsdən bu vəzifələri yerinə yetirməkdən imtina etdi”.

Seçki prosesi zamanı jurnalistlər öz peşə fəaliyyətlərini həyata keçirərkən fiziki zorakılığa məruz qalıblar. MSK-nın qarşısında piketin dağıdılması zamanı bir neçə nəfər ciddi yaralanıb ki, bu da ciddi nəticələrə səbəb olub.

Hakimiyyət faktı araşdırmaq əvəzinə jurnalistləri gözdən salmaq qərarına gəlib. Sənəddə deyilir ki, ölkədə onların hüquqlarını müdafiə edə biləcək bir jurnalist təşkilatı olmadı.

Daha çox göstər
Back to top button
Close