BaşlıcaSiyasət

Paşinyan Əliyevə: “Böyük Tiqran Pompeiusla danışıqlar apararkən, Azərbaycan adlandırılacaq bir dövlət yox idi”

Baş nazir Nikol Paşinyan və Azərbaycan prezidenti İlham Əliyev fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində “ Yenilənmiş Dağlıq Qarabağ məsələsi” rəmzini daşıyan müzakirədə iştirak edirdilər ki, o da ABŞ-Rusiya Fondunun  sədri və icraçı   rəhbəri  Seleste Vallenderin başçılığıyla keçirilirdi.

Azərbaycan prezidenti İlham Əliyev çıxışının əvvəlində BMT-nin qətnamələrinə toxunaraq bir daha bəyan etdi ki, Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir, bu tarixi bir  faktdır.

Azərbaycan  liderinin sözlərinə görə, Qarabağ münaqişəsi “erməni təcavüzü barəsində” danışır.

Ermənistanın Baş naziri Nikol Paşinyan  əvvəlan Əliyevin tarixi “işarəsinə”  toxunaraq vurğuladı ki, o qədər uzağa getmək lazım deyil.

 “O dərəcədə tarixin qoynuna atılmaq gərək deyil.  Ona görə ki, erməni Kralı Böyük Kral Tiqran Roma hərbi lideri Pompey ilə danışıqlar apararkən, Cənubi Qafqazda və ümumiyyətlə bütün dünyada Azərbaycan adlandırılacaq bir dövlət yox idi, olmayıb. Ona görə düşünmürəm ki, o qədər uzağa getmək düzgün yanaşmadır. Mən daha da uzağa  gedib  məsələn,   bizim   eramızdan əvvəl 400-cü ilə   dönə bilərəm,  amma   elə etmərəm,  çünki bunun  düzgün yanaşma olduğunu düşünmürəm” –deyərək Paşinyan qeyd edib.

Sonra Paşinyan dedi ki,   çox güman ki, beynəlxalq  cəmiyyət də Ermənistan və Azərbaycan liderlərinin müntəzəm olaraq eyni   tarixi təkrarlamasından  bezmişdir.Paşinyan, həllər barədə danışmağa üstünlük verdiyini qeyd  bildirib.

“Ermənistan və Azərbaycan liderləri eyni şeyi tıkrarlamağa dəyməz.Beynəlxalq birlik  cəmiyyət  eyni  danışığı dinləməkdən yorulubdur”-deyərək Paşinyan qeyd edib..

Müzakirənin koordinatoru beynəlxalq  cəmiyyətin nizamlanmanı  dəstəkləmək üçün nə etməli olduğunu soruşdu. Paşinyan cavab verdi ki, beynəlxalq  cəmiyyət Artsax münaqişəsinin hərbi həlli olmadığını təkid etməlidir.

Ermənistan Baş nazirinin sözlərinə görə, ilk növbədə Təhlükəsizlik Şurası sənədinin şərtlərinə əməl etməyən məhz Azərbaycandır.

“BMT Təhlükəsizlik Şurasının sənədlərinə gəlincə, bunların mənası dərhal şərt olmadan atəşkəs rejiminin təsdiqlənməsi olub”.

Paşinyanın sözlərinə görə, Dağlıq Qarabağ Sovet İttifaqı və Sovet Azərbaycanından müstəqillik əldə edib. SSRİ-nin yaranması prosesində Qarabağ Azərbaycana  zorla birləşdirilib.

“Ərazi bütövlüyü barədə danışarkən, hansı ölkə barədə  öldüğüna qərar verməliyik”- deyərək Paşinyan Əliyevi tarixi  qaynaqlara çox  varmamağa çağırdı, çünki bu doğru deyil.

Paşinyan dedi ki, biz ATƏT MQ   formatında baş tutmalı olan danışıqlar prosesinə sadiqik. Həqiqi dəyişikliyi həyata keçirmək üçün real səylər göstərməyə  biz hazırıq.

“Bu  uzunsürən münaqişəni bir və ya iki addımda həll etmək mümkün deyil.  Bizə bu məsələdə mikroinqlablar keçirməyə ehtiyac var”.

Paşinyanın sözlərincə,  həll yolu Azərbaycan, Ermənistan və Dağlıq Qarabağ xalqları üçün məqbul olmalıdır. Ermənistanın Baş naziri Dağlıq Qarabağın ATƏT-in Minsk qrupu tərəfindən danışıqlar tərəfi kimi tanındığını xatırlatdı.

Paşinyanın çıxışına cavab olaraq Əliyev dedi: “Cənab Baş nazir dedi ki, Stalin Dağlıq Qarabağı Azərbaycana təhvil verdi, bu doğru deyil. ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistana Dağlıq Qarabağın Ermənistan olmadığını izah etməlidirlər. BMT Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirmək üçün Ermənistana daha böyük beynəlxalq təzyiqlər olmalıdır. Erməni   qoşunları gərək dərhal  “işğal olunmuş”  rayon ərazilərdən uzaqlaşdırılsın, orada ermənilər heç vaxt yaşamayıb”- deyərək Əliyev qeyd edib.

“Paşinyan, həll yolunun Azərbaycan xalqı üçün məqbul olduğunu söyləyərkən, həm də  gərək onların öz  evlərinə qayıtmaq istədiklərini söyləməlidir. Bizim ərazi bütövlüyümüz bərpa edildikdə, ermənilər milli azlıqlara  verilən  bütün imtiyazlardan istifadə edə biləcəklər hansından ki, hal hazırda Azərbaycanda  milli azlıqların varıdır”-deyərək  Əliyev bildirib.

Əliyevin sözlərinə görə, məskunlaşmanın mərhələli şəkildə aparılması aydındır. Əvvəllan ərazilərin geri qaytarılması  yenidən məskunlaşma olmalıdır. Əraziləri qaytarmadan status məsələsini müzakirə etmək  mümkün olan deyil.

Azərbaycan Prezidenti xatırlatdı ki, jurnalistlərin qarşılıqlı səfərləri olub və bu da davam etdirilməlidir.

Paşinyan öz  sözündə qeyd etdi ki, bunlar Azərbaycan üçün ərazidir, Dağlıq Qarabağ üçün təhlükəsizlikdir və  kimsə biri təhlükəsizliyindən imtina edə bilməz.

Mənim oğlum Dağlıq Qarabağda xidmət edir. O, həmvətənlərini  müdafiə etmən naminə könüllü olaraq Qarabağda xidmət etməyə  gedib”- deyərək Paşinyan bəyan edib.

Paşinyan Düşənbə görüşündən sonra gərginliyin azaldığını xatırlatdı.

“Əliyev deyir ki, Dağlıq Qarabağ danışıqlar tərəfi deyil, amma Azərbaycan iki dəfə Dağlıq Qarabağla saziş imzalayıb” – deyərək Paşinyan əlavə edib.

Müzakirənin sonunda Əliyev konstruktiv bir təklif etmək istədiyini söyləməkçün söz istədi;

“Erməni xalqı  müstəqilləşib, Ermənistan  dövləti var, məsləhət görürəm ki, ikinci dəfə  yer kürrəsi üzərində  hər hansısa  başqa yerdə müstəqilləşsin, Azərbaycan ərazilərindən kənarda”-deyərək Azərbaycan prezidenti qeyd edib.

Əliyevə cavab olaraq Ermənistan Baş naziri  əvvəlan qeyd etdi ki, bu  o qədər də konstruktiv  təklif  dryildi  və əlavə etdi:

“Ermənilər və gürcülər Böyük  Tiqran dövründən bəri bu bölgədə yaşayıblar.Burada başqa milliyyət olmayıb.

Nəinki yalnız yalnız Böyük Tiqran dövründə, həm də, Baqratunilər dövründə, Arşakuni dövründə  həmçinin. Bütün bunlar barədə tarix haqqında  hər hansı bir kitabda  tapmaq  mümkündür”

Paşinyan bir daha müzakirə imkanı üçün   məmnun olduğunu bildirdi: “Demək istəyirəm ki, Ermənistan və Dağlıq Qarabağ bu münaqişənin həlli naminə   var gücündən istifadə etməyə hazırdır”- deyərək  Ermənistanın Baş naziri öz sözünü  yekunlaşdırdı.

Daha çox göstər
Back to top button