İctimaiyyət

Bakıda askiya iştirakçılarını Bakıdan kənara aparıblar

Bazar günü parlament seçkilərinin saxtalaşdırılmasına qarşı etiraz aksiyasından əvvəl və aksiya zamanı 55 nəfər, o cümlədən partiya liderləri, deputatlığa namizədlər, müşahidəçilər və MSK-nın elan elədiyi rəsmi məlumatlarla razı olmayanlar saxlanılıb.

Ermənistanın İctimai Radiosu “Turan” informasiya agentliyinə istinadən xəbər verir ki, bunu Müsavat Partiyasının mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylibildirib.

D 18 hərəkatının lideri Ruslan İzzətlini Yevlax şəhərinə (Bakıdan 300 km qərbdə) aparıb və orda buraxıblar.

“Hərəkat” blokundan namizədlər Mehman Hüseynov və Ülvi Həsənlini Hacıqabul-Kürdəmir trasında (Bakıdan 150 km qərbdə) sərbəst buraxıblar.

Aksiya zamanı saxlanılanları avtobuslarla şəhərdən kənara aparıb Bakıdan 60-80 km aralıda, Sənqəçalın, Ələtin, Qobustanın səhra yerlərində və Bakı-Şamaxı avtoyolunda sərbəst buraxıblar.

Daha çox göstər
Back to top button