İctimaiyyət

Bakıda seçki saxtakarlığına etiraz edənlər saxlanılıb

Fevralın 16-da Bakıda Mərkəzi Seçki Komissiyası binası qarşında təşkil olunan etiraz aksiyasının iştirakçıları kütləvi şəkildə saxlanılıb. Etiraz aksiyasında gələnlər o ölkədə fevralın 9-da keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsini tələb edirlər. Bu barədə currenttime.tv xəbər verib.

Mitinqin fevralın 16-da saat 15:00-da keçiriləcəyini planlaşdırılıb, lakin polis mitinqindən əvvəl aksiya təşkilatıçılarını saxlamağa başlayıb. Aksiyaya cəhdlər zamanı MSK yaxınlığında “ seçki haqqımdır”, “ saxtakarlığa yox”, “seçkiləri ləğv et” və “ azad seçki” kimi şüarlar səsləndirilib. Aksiyadan əvvəl aksiya təşkilatçıları, o cümlədən “Müsavat” partiyasının sədri Arif Hacılı  və “REAL” partiyasının  sədri İlqar Məmmədov saxlanılıb. Gün ərzində deputatlığa namizədlərin, Mehman Hüseynovun da saxlandığı açıqlanıb.

Daha çox göstər
Back to top button