BaşlıcaSiyasət

Deputatlığa namizədlərin MSK binası qarşısında növbəti etiraz aksiyası

Hakimiyyət deputatlığa namizədlərin və müxalifət fəallarının seçki nəticələrinin saxtalaşdırılmasına etiraz əlaməti olaraq bazar günü keçirdikləri aksiyadan sonra özünə gəlməyə fürsət tapmadan bazar ertəsi MSK qarşısında seçkilərin yekunlarının ləğv edilməsini tələb edən yeni bir izdiham yığışıb. Bu barədə Turan agentliyi məlumat yayıb.

Belə ki, deputatlığa namizədlər Xalid Bağırov, Bəxtiyar Hacıyev, Nurlanə Cəlil və digərləri yenidən MSK binasının qarşısına gələrək, saxtalaşdırmalar haqqında şikayətlərinə cavab tələb ediblər.

“Məzahir Pənahov, qulaqlarından tıxacı çıxar və tələblərimizi eşit, şikayətlərimizə cavab ver!”, deyə MSK binasının girişi qarşısında duran namizəd Xalid Bağırov qışqırıb.

Hadisə yerinə operativ olaraq çevik polis alayının əməkdaşları cəlb edilib, onlar toplaşanları dağılmağa çağırıblar. Bu arada, aksiya iştirakçılarının sayı artır, hadisə yerinə çox sayda jurnalist gəlib.

Xatırladaq ki, saat 16-da MSK-nın növbəti iclası başlayıb. İclasda şikayətlərə baxılmalıdır.

Daha çox göstər
Back to top button