İctimaiyyət

Müsavat Partiyası: Seçki saxtakarlığına qarşı mübarizə davam edəcək

Müsavat Partiyası parlament seçkilərinin saxtalaşdırılmasına etiraz olaraq fevralın 16-da MSK-nın binası yaxınlığında keçirilmiş mitinqin polis tərəfindən dağıdılmasını qətiyyətlə pisləyir.

Ermənistanın İctimai Radiosu “Turan” İnformasiya agentliyinə istiandən xəbər verir ki, səhər saatlarından MSK-nın binasına gedən bütün yollar polis tərəfindən bağlanıb. Etiraz aksiyası zamanı 100-ə yaxın adam saxlanılıb. Onlardan 74 nəfərinin şəxsiyyəti  müəyyənləşdirilib.

Saxlanılanların arasında əksəriyyəti Müsavat Partiyasının üzvü olan onlarla deputatlığa namizəd, müşahidəçi və seçki üzrə səlahiyyətli nümayəndələr var.

Saxlanılan şəxsləri avtobusla apararaq Bakıdan onlarla, yüz kilometrlərlə uzaqda – Hacıqabul, Qobustan, Ələt, hətta Yevlaxda düşürüblər.

Müsavat Partiyası polisin bu əməliyyatını Azərbaycanda fundamental insan haqlarının, o cümlədən sərbəst toplaşma azadlığının kobud şəkildə pozulması kimi qiymətləndirir, hakimiyyətdən repressiyalara son qoyulmasını, qanunu pozan polis əməkdaşlarının və onlara bu qanunsuz əmri verənlərin cəzalandırılmasını tələb edir.

Müsavat Partiyası seçki saxtakarlığına qarşı mübarizənin davam edəcəyini bəyan edir, demokratik düşərgəni birgə fəaliyyətə, yerli və beynəlxalq ictimaiyyəti bu mübarizəyə daha fəal dəstək verməyə çağırır.

Daha çox göstər
Back to top button