BaşlıcaSiyasət

Talışlar: “Azərbaycanda milli azlıqların hüquqları növbəti dəfə tapdalandı”

Azərbaycanda seçkidən sonrakı ehtiraslar sakitləşmək bilmir.Müxalifət etiraz aksiyaları vasitəsilə növbədənkənar parlament seçkilərinin nəticələrini  düzgün olmadığını israr etməkdə davam edir.Bir çox beynəlxalq müşahidəçilərin qənaətincə   fevralın 9-da  keçirilən növbədənkənar seçkilər Avropa demokratiyasının standartlarına  qətiyyən  uyğun deyil.

Sanki hakimiyyət artıq beynəlxalq ictimaiyyəti  razı salmaq niyyətiylə bir addım atıb: dörd seçki dairəsindəki seçki nəticələrini bir dəfədən ləğv etdilər, lakin  bundan  artıq müxalifət etirazlarına dözmək niyyətində deyillər və buna heç hazırlaşmırlar da. Onlar işlənən, artıq təkminləşdirilmiş şəkildə dəyənəklə susdurmaq  üsulunu seçmişlər.

Azərbaycan prezidenti Münhendə beynəlxalq birliyə Qarabağ məsələsinin ara həllinə cavab axtarırmı? Vəziyyət məsələsini müzakirə etməzdən əvvəl o, problemin həllini mərhələli şəkildə gördüklərini söylədi: yəni ərazilərin azad edilməsi, məcburi köçkünlərin geri qaytarılması, məskunlaşdırma. Bundan sonra “haçan hazır olacaqlar”, Qarabağın statusu  haqqında müzakirə mövzusu ərzində Əliyevin birbaşa sözüdür.

Картинки по запросу "Paşinyan əliyev Myünhen"

“Status Azərbaycanın ərazi bütövlüyünə xələl gətirməməlidir. Azərbaycan çoxmillətli bir dövlətdir, orada azlıqlar sülh şəraitində yaşayır və ermənilər də eyni imtiyazlardan istifadə edə bilər”-deyə Azərbaycan prezidenti qeyd edib.

Sözlər, necə ki,analitiklər qeyd edir,  daxili auditoriya üçündür, çünki bu günlərdə ölkədə seçki sonrası ehtiraslar nəinki yerli azlıqların, həm də hakimiyyətin heç bir fikrini   bölüşməyənlərin əsəblərini qıcıqlandırıb.

“Azad seçkilər” şüarı altında müxalifət  növbəti dəfə polisin əks təzyiqiylə toqquşaraq ölkənin Mərkəzi Seçki Komissiyasının binası yaxınlığında etiraz aksiyası keçirməyə çalışdı.

Seçki nəticələrinə etiraz edən şəxslər, beynəlxalq KİV və   dərc olunan video  kadrların  təsvir etdiyi faktlara görə, qəddar polis hərəkətlərinin  nəticəsində,  MSK-nı tərk edərək Bakıdan   uzaqlarda peyda olundular. Daha təsəvvüredici  təsvir etməli olsaq polislər, bütün ərazini zəncirləmişlər,  iştirakçıların çoxunu həbs edir, bəzilərini binaların  girişlərində saxlayır  digərlərini avtobuslara basaraq  şəhərdən çıxarır və müəyyən bir məsafəyəcən apardıqdan sonra buraxırlae.

İlkin məlumatlara görə, 50 nəfər həbs olunub. Bundan əlavə, Azərbaycan prezidenti milli azlıqların ölkədə əmin-amanlıq, sülh şəraitində  yaşadıqlarını  əminliklə  deyərkən,  düzəldilmiş, uydurma   ittihamlarla  və İnsan haqlarının   kobudluqla  pozuntusuyla  talışların  liderlərindən   Fəxrəddin Aboszodə 16 il azadlıqdan məhrum edildi.

Azərbaycan Respublikasının yerli xalqları bu gün bütün hüquqlardan məhrumdur, İranşünas  Vardan Voskanyan Əliyevin Münhendəki sülh bəyanatına  toxunmaqla deyir:

“Azərbaycan Respublikası etnokratik bir dövlətin klassik nümunəsi olaraq yaradılıb.  Orada nəinki yalnız yerli əhalinin hüquqları  qorunmur,o cümlədən  zorla assimilyasiya siyasəti davam  edilməkdədir.Nəticədə yerli xalqlar bio-etnik azərbaycanlı etnik kütlələr, qruplar kimi   müşahidə olunur və  qəbul edilir.İlham Əliyevin bəyanatına  səslənmə hələlik yoxdur,lakin olacaqdır.Ona görə,  bu gün də Talış hərəkatı inkişaf edir olduqca fəaldır və Azərbaycan siyasətinə  əks zərbə endirir”-deyərək  İranşünas cənab Voskanyan qeyd edib.

Talış xalqının nümayəndəsi, hazırda Rusiyada yaşayan və “Talış diaspor”u  və İctimai təşkilat sədri İsmayıl Şabanov da Bakının yürütdüyü dövlət assimilyasiya siyasətinin Talış üçün təhlükə olduğunu bir daha  təsdiqləyir. Şabanov deyir ki, bu gün azərbaycanlılar yerli xalqların mədəniyyətini, elmi nailiyyətlərini tamamiylə mənimsəmişlər.

“Bu gün  onlar bizə hər şeyi qadağan edir.  Təsəvvür edin ki, hətta talış sözünü ifadə etmək belə  qanunla qadağan olunub. Onlar bizdən  dədə-baba miraslarımızı, bizim torpaqlarımızı  bizdən qoparır.Xalqımız bunu dərk edir. Bugünkü gənclik gələcəkdə bizi bağışlamayacaqdır.

Deyəcəklər, yadellilər gəlib torpaqlarımızı  zəbt edərkən bəs siz harada idiniz , nə üçün icazə verdiniz? Sabah bizim başımıza nə gələcək?.Biz kiçik bir xalqıq onlar bizi hər vəchlə  məhv etmək istəyirlər. Niyə, nə üçün?.Biz sizə ziyanmı veririk?. Xalqımız hətta talış dilində bir-biriylə danışmağa çəkinir. Seçkilərdə  iştirak edərkən  mütləq bir hadisə baş verir”.

Biz Azərbaycanda dinc şəraitdə yaşamırıq, Azərbaycan yerli talışa açıq-saçıq  düşmənçiliklə yanaşır.

Talış Geosiyasi Tədqiqatlar Mərkəzinin eksperti, Talış Xalq Hüquqları Komissiyasının sədri Zahirəddin İbrahimi Radiolur-a açıqlamasında deyib: Rəsmi Bakı, Beynəlxalq Birliyə, milli azlıqlara bərabər şəraitin yaradıldığı barədə hesabat verir. “ “Yalandır,ağ yalan, həqiqətlə qətiyyən uzlaşmır” –deyərək Zahirəddin İbrahimi  qeyd edib.

“Bununla belə, Azərbaycanda talış dilində  elə bir məktəb yoxdur ki, orada talış dilində dərs  keçməyə icazə verilsin. Mən rəsmi olaraq  tam məsuliyyətlə bəyan edirəm ki, Azərbaycan Avropanı aldadır deməklə ki, talış məktəbləri var, talış televiziyası, radiosu, mətbuatı var. Bütün bunlar   həqiqətlə heç uzlaşmır.Talışlar orada   təzyiqə məruz qalır”.

 Yüksək dövlət səviyyəsiylə  eləcə də Azərbaycanda yaşayan talışların  sayı  təhrif olunur. Rəsmi statistikaya əsasən  bu gün  120 min talış yaşayır

 Dünya siyasi araşdırmalara “Talış” Mərkəzinin  ekspertinə görə   talışların sayı Azərbaycanda yarım milyondur. Dəqiq  məlumatlar yoxdur.

Daha çox göstər
Back to top button