BaşlıcaBeynəlxalq

ABŞ konqresmenləri seçkiləri müşahidə etmək üçün öz idarə işçilərini Qarabağa göndərəcəklər

Amerikanın Səsi xəbər verir ki, bir sıra ABŞ konqresmenləri Qarabağ  tərəfinin dəvətiylə işçilərinin 31 mart seçkisini izləmək üçün Dağlıq Qarabağa gedəcəyini  bəyan etmişlər.

Biz şübhəsiz ki, Martın 31-də Artsaxda ədalətli seçkiləri görmək istəyirik. Buna görə də  sizə xəbərdarlıq etmək istəyirəm ki, mən  öz oş heyətimdən bu prosesi izləmək üçün göndərməyə qərar verdim”-deyərək konqresmen qeyd edib.

Dağlıq Qarabağı tanımayan rəsmi Bakı oradakı bütün seçkiləri “işğal olunmuş ərazilərdə siyasi şou”adlandırıb.

Konqresmen Jackie Kançelyan Spear deyir ki, Azərbaycan Qarabağın müstəqilliyini tanıyıb-tanımasa da, orada  həyat inkişaf edəcək. “Oradakı demokratiyanın davamlı olması çox bizim üçün də  vacibdir”.

Ceyms Conson, konqresmen Fran Pallone əlavə edir: Dünyaya Dağlıq Qarabağda demokratiyanın bərqərar olduğunu göstərmək çox vacibdir. “Biz qeyd etmək istəyirik ki, Artsaxda azad cəmiyyətin bütün standartlarına cavab verən bir demokratiya  mövcuddur”.

Konqresin bir sıra qərarlarına baxmayaraq, ABŞ Dövlət Departamenti əvvəllər Dağlıq Qarabağ bölgəsindəki seçkiləri tanımamışdır.

Daha çox göstər
Back to top button