İctimaiyyət

Ermənistan uşaqların inkişafına görə 56-cı yerdədir

Dünyanın heç bir ölkəsi uşaqların sağlamlığını, onların ətraf mühitini, gələcəyini adekvat şəkildə qorumur. Bu haqda fevralın 19-da dünyadan 40-dan artıq uşaq və yeniyetmə səhhəti ekspertinin üzv olduğu komissiya hesabat açıqlayıb. Komissiyanı Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), UNICEF və “The Lancet” tibb dərgisi təşkil edib.

“Dünyada uşaqların gələcəyi?” adlı hesabatda bildirilir ki, dünya üzərində hər bir uşaq və yeniyetmənin sağlamlığı və gələcəyinə təhlükə var. Təhlükə hardan gəlir? Ekoloji deqradasiyadan, iqlim dəyişikliyindən, fast-fud, şəkərli içkilər, alkoqol və tütünü uşaqların “gözünə soxan” istismarçı marketinq fəndlərindən.

Ermənsiatnın İctimai Radipsu “Azadlıq.org”-a istanadən xəbər veriri ki, hesabatda 180 ölkə üzrə yeni qlobal indeks hazırlayıb. İndeks uşaqların rifahı, onların sağ qalması, yaxşı dolanması, səhhəti, təhsili və qidalanması kimi faktorlara əsaslanır.

Azərbaycan 180 ölkə içində 77-ci yerdədir, Ermənistan 56, Gürcüstan 76, Rusiya 79, İran 63-cü yerlərdə qərarlaşıb.

Daha çox göstər
Back to top button