İctimaiyyət

Etiraz edən deputatlığa namizədlər MSK qarşısında yallı gediblər

Bir qrup deputatlığa namizəd seçkilərin saxtalaşdırılmasına və şikayətlərinə baxılmasının ləngidilməsinə etiraz əlaməti olaraq fevralın 19-da MSK binası qarşısında qeyri-adi etiraz aksiyası keçiriblər. Turan agentliyinə əsasən, əl-ələ tutan namizədlər kollektiv yallı ifa ediblər.

Bu, həm də dünən internetdə yallı gedən DİN-in çevik polis alayı qüvvələrinin əməkdaşlarının videokollajını yaydığına görə dizayner Rəsul Həsəni həbs edən polisə özünəməxsus cavab oldu. Polis əməkdaşları fevralın 16-da MSK-nın binası qarşısında deputatlığa namizədlərin etiraz aksiyası zamanı binanı mühasirəyə almışdılar və namizədləri, habelə jurnalistləri həbs edirdilər.

Daha çox göstər
Back to top button