BaşlıcaSiyasət

Gürcü siyasətçi Sanikidze: “Bolşeviklər Azərbaycanı yaradıb, indi isə onların Qadfqazın “ən qadim” xalqına iddiaları var”

Dünən Gürcüstanın “Kavkasiya”  telekanalının efirində David Gareji monastır kompleksinin vəziyyəti ilə bağlı müzakirələr olub. David Garejinin bir hissəsi Azərbaycan sərhədçiləri tərəfindən işğal olunub. Müzakirələrdə gürcü siyasətçi Gubaz Sanikidze və məşhur politoloq David Akubardia iştirak edib.

Sakindze Azərbaycan tərəfinin münasibətindən qəzəbləndi və bunu gizlətmədi.

“Bolşeviklər Azərbaycanı yaradıb, indi isə onların Qafqazın “ən qadim” xalqına iddiaları var. Biz onlara heç bir nə verməyəcəyik… Qax ə Beylənqan rayonları Gürcüstan torpağıdır”,- deyə gürcü müxalif siyasətçi bildirib.

Politoloq David Akubardiya öz növbəsində qeyd etdi ki, Azərbaycan tarixi “alban mənşəli” haqqında olan yalanlar üzərində qurulub. O həmçinin qeyd etdi ki, Azərbaycan suni yaradılan dövlətdir. Bu dövlət bolşeviklər tərəfindən, əsasən erməni və gürcü torpaqlarında yaradılıb.

Qeyd edək ki, bir ildən çoxdur ki, gürcülər Azərbaycan-Gürcüstan sərhədində olan David Gareji monastır kompleksini ziyarət edə bilmirlər. Monastır kompleksinə girişi Azərbaycan sərhədçiləri tərəfindən bloklanıb, onlar özbaşına yeni sərhəd dayaq nöqtəsi yaradıblər. Bu sərhəd hissəsində heç bir demarkasiya və delimitasiyaolmayıb. 2019-cu ilin yayında David Garejidə gürcülərlə Azərbaycan səhrədçiləri arasında bir meçə insident baş verib.

Daha çox göstər
Back to top button