BaşlıcaBeynəlxalq

Gürcüstanlı politoloq: “Əliyev Münhendə səhv buraxdı, onların heç bir pritenziyası ola bilməz”

“Kavkasia” telekanalıyla  politoloq və jurnalist David Akubardiyanın müəllif proqramının, qonağı gürcü siyasətçi və müxalifətdən olan  xadim Qubaz Sanikidze idi. Akubardia, verlişi Gürcüstanın monastır kompleksi David Gareji vəziyyətinə və onun müzakirəsinə həsr etdi və Azərbaycan Prezidenti İlham Əliyevi Münhendə “qədim”Azərbaycanla bağlı “nağıl” danışıqlarına  görə tənqid etdi və gürcü ictimaiyyətini onun sözləri üzərində düşünməyə səslədi.

Akubardia Azərbaycanın Gürcüstandakı səfirinin  birinci katibi ilə görüşdüyünü qeyd edərək, mənsubiyyəti barədə soruşduqda, o cavabında “bura Albaniya ərazisidir” dedi və bu da gürcü xadiminin gülüş reaksiyasına səbəb oldu.

Eləcə də, Akubardiyanın sözlərinə görə, Əliyev tarixi faktlarla bağlı kobud səhvə yol verdi.

 “Kavkaz tarixi mənbələrlə tıxanır. Gəlin bundan istifadə edək, onların (Azərbaycan)nəinki yalnız  təkcə David Gareciyə qarşı deyil, həmçinin,  Eretiyə (Azərbaycanın müasir şimal-qərbində) qarşı heç bir iddiası olmamalıdır”-deyərək Akubardia  qeyd edib.

Öz növbəsində Qubaz Sanikidze qeyd etdi ki, Qafqaz Albaniyası ərazisində, hansını ki,Azərbaycanda indi özünün “əcdad vətəni” hesab edirlər,  çoxmillətli xalqlar yaşayırdı və qərb bölgələri gürcülərin olub.

Bizim minlərlə mənbəmiz var. Gürcü, erməni, fars, ərəb, yunan. Onlarınsa (Azərbaycan) bir dənəsi belə yoxdur”-deyərək Sanikidze  bəyan edib.

Xatırladaq ki, Gürcüstan Pravoslav Kilsəsinə məxsus David Gareja monastır kompleksi Azərbaycan və Gürcüstan arasındakı sərhəd münaqişəsinə səbəb oldu.

Bakı hesab edir ki,kompleksin bir neçə məbədi Azərbaycanda yerləşir. Lakin Azərbaycan-Gürcüstan sərhəddinin bu hissəsində delimitasiya və demarkasiya prosesi başa çatmayıb və Azərbaycan sərhədçiləri sadəcə olaraq gürcü zəvvarlarını və ruhanilərini öz  ziyarətgahlarına girməyi qadağan etmişdir.

Kompleksin mülkiyyəti ilə bağlı mübahisələr yalnız ərazi komponenti məsələsi ilə məhdudlaşmır. Azərbaycan tərəfi Gürcüstan monastır kompleksini Vİ əsrin “Alban mədəniyyətinin abidəsi” hesab edir.

Daha çox göstər
Back to top button