BaşlıcaSiyasət

DTX Neftçala İH-nin vəzifəli şəxslərinin saxlanılması haqqında məlumatı təsdiq edib

Neftçala rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə etməsi və vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanuni mənafelərinə böyük ziyan vurması faktları ilə bağlı cinayət işi çərçivəsində kompleks əməliyyat-istintaq tədbirləri həyata keçirilir. Turan agentliyinə əsasən, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin mətbuat xidmətinin məlumatında deyilir.

İctimaiyyətə şübhəli şəxs qismində saxlanılan və cinayət məsuliyyətinə cəlb edilənlər, onların törətdiyi cinayət əməlləri haqqında geniş məlumat veriləcək, deyə məlumatda qeyd edilir.

Daha çox göstər
Back to top button