BaşlıcaSiyasət

ER Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyanın rəhbərlik etdiyi nümayəndə heyəti Tbilisidədir

Fevralın 19-da Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan başda olmaqla nümayəndə heyəti Tbilisidə Gürcüstan tərəfi ilə görüş keçirib.

Bu  haqda Gürcüstanın Müdafiə nazirliyi məlumat yayıb. Xüsusilə, Artak Davtyan və Gürcüstan Silahlı Qüvvələrinin rəhbəri Vladimir Çaçibayan hərbi təhsil və hərbi-tibbi əməkdaşlıq məsələlərini müzakirə etmişlər.Ermənistan tərəfinə Gürcüstan Silahlı Qüvvələrində aparılan islahatlar barədə də məlumat verilib. Səfərin iki günlük bir ziyarət olduğu və sabah, 20 fevralda Artak Davtyanın Gürcüstan və NATO-nun Birgə Təhsil Mərkəzinə baş çəkəcəyi barədə məlumat verilib.

Daha çox göstər
Back to top button