Siyasət

Ermənistan dünyanın ən çox hərbiləşdirilmiş ölkələri sırasındadır

Bonnda yerləşən Beynəlxalq Konversiya İnstitutu (BICC) 2019-cu ilin yekunları üzrə Qlobal Hərbiləşdirmə İndeksini (Global Militarization Index 2019) dərc edib.

Ermənistanın İctimai Radiosunun İstitutuna istinadən məlumata görə, Ermənistan dünyanın ən çox hərniləşdirilmiş ölkələr siyahısındadır.

 “Top-10”a İsrail, Sinqapur, Kipr, Cənubi Koreya Respublikası, Rusiya, Yunanıstan, İordaniya,Belarus və Azərbaycan daxil edilib.

Müəlliflər bu cür tədqiqatları 1990-cı ildən başlayaraq, hər il aparırlar. Onlar hərbi sahəyə sərf olunan xərclər, həmin sahədə çalışan insanların ümumi əhaliyə nisbətdə sayı, eləcə də əhaliyə nisbətdə ölkədə ağır silahların miqdarı kimi bir sıra parametrlər üzrə dünyanın 150-yə yaxın ölkəsini qiymətləndirirlər.

Hesabat Stokholm Dünya Problemlərinin Tədqiqat İnstitutu (SDPTİ), Beynəlxalq Valyuta Fondu (BVF), Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BICC məlumatları əsasında tərtib olunur. 

Daha çox göstər
Back to top button