BaşlıcaSiyasət

Gürcüstan və Ermənistan Baş Qərargah rəisləri Tbilisidə görüşdü

Gürcüstan və Ermənistan müdafiə sahəsində ikitərəfli əməkdaşlığı dərinləşdirməyi planlaşdırır. Bunu Gürcüstan Baş Qərargah rəisi general-leytenant Vladimir Çaçibaya erməni həmkarı Artak Davtyan ilə görüşdən sonra deyib.

Gürcüstan Müdafiə Nazirliyinə əsasən, Ermənistan Baş Qərargah rəisi ilk rəsmi iki günlük səfər üçün Tbilisidədir.

“Ermənistan və Gürcüstan müdafiə nazirlikləri arasında tibb sahəsində ikitərəfli əməkdaşlıq formatı inkişaf etdirilib. Ermənistan qoşunları Besik Kutateladze adına Saçxer məktəbindəki dağ təlimlərində fəal iştirak edirlər”, – Çaçibaya deyib.

Onu sözlərincə, tərəflər ikitərəfli əməkdaşlıq məsələlərini, eləcə də bölgədəki problemləri müzakirə ediblər.

Çaçibaya erməni həmkarını Gürcüstanın müdafiə sektorundakı islahatlarla tanış etdi.

İki günlük səfər çərçivəsində Ermənistan nümayəndə heyəti Krtsanisdəki NATO-nun Birgə təlim və qiymətləndirmə mərkəzinə (JTEC) baş çəkməyi planlaşdırır.

Daha çox göstər
Back to top button