BaşlıcaEkonomika

Hərbi-sənaye məhsullarının həqiqi istifadəsi ilə tanış olmaq üçün ön cəbhəyə getdik. YTS naziri

ER yüksək texnologiyalar naziri Hakob Arşakyanın başçılıq etdiyi  nümayəndə heyəti  Artsax Respublikasına işgüzar səfər etmişdir. Səfər çərçivəsində  nazir AR Prezidenti Bako Sahakyan, AR Dövlət naziri Grigori Martirosyan, AR Ekonomika və istehsal infrastrukturları naziri Levon Grigoryan, AR Təhlükəsizlik Şurasının katibi Arşavir Ğaramanyan ilə görüşüb və Artsaxda fəaliyyət göstərən bir sıra şirkətləri ziyarət edib.

Hakob Arşakyan öz fəysbuk səhifəsində bu barədə video material yerləşdirib və yazıb:

“Həm də hərbi-sənaye kompleksinin yerdəki aktual tətbiqi və həll edilməsini tələb edən problemlərlə tanış olmaq üçün şimali ön cəbhəyə baş çəkmək imkanımız oldu. Stepanakert texnoparkında olduq, orada fəaliyyət göstərən şirkətlər və yerində həyata keçirilən proqramlar ilə tanış olduq.

Hərbi-sənaye, yüksək texnologiyalar, rabitə və informasiya texnologiyaları, rəqəmsallaşdırma, mütəxəssis hazırlığı və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilmə imkanları müzakirə olundu”.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button