BaşlıcaSiyasət

Silahlar üçün planlaşdırılan 2.5-dən 1,5 milyard dram korrupsiyaya qarşı mübarizədən gəlməlidir

Bu yaxınlarda hüquq-mühafizə orqanlarının əməkdaşları ilə korrupsiyaya qarşı  mübarizəni daha səmərəli  etdirmək və dövlət büdcəsinə daha çox pulun qaytarılması ilə bağlı müzakirələr apardıq. Bunu baş nazir Nikol Paşinyan hökumət ilə  iclas zamanı  qeyd etdi, eləvə edərək ki, bu yaxın gələcəkdə ən vacib məsələlərdən biri olacaqdır.

“Xatırlatmaq istəyirəm ki, 2018-ci ildə  seçkiqabağı prosesi zamanı mən siyasi bəyanatla çıxış etdim ki, növbəti beş il ərzində təhlükəsizlik ehtiyaclarımıza, xüsusən Silahlı Qüvvələrin səmərəliliyi və silahlanma səviyyəsini yüksəltmək üçün daha 2,5 milyard dollar xərcləməliyik. 
Silahlar üçün planlaşdırılan 2.5-dən 1,5 milyard dram oğurlanmış pulların geri qaytarılması prosesi daxil olmaqla, korrupsiyaya qarşı mübarizədən gəlməlidir”- deyə Nikol Paşinyan  qeyd etdi.

 Korrupsiyaya qarşı mübarizənin miqyasına toxunaraq baş nazir qeyd etdi: “Bəli, görünməmiş uğurlarımız var. Xüsusən, bu ildə Xüsusi istintaq xidməti  XİX-nin mövcud olduğu dövrdən 7 dəfə çox pul yığıb. Bu diqqətəlayiq göstəricidir, amma digər digər tərəfdən qoyduğumuz meyarlar daha yüksəkdir və antikorrupsiya sistemlərimizi inkişaf etdirərək və qanunvericiliyimizi təkmilləşdirərək bu tədbiri daha təsirli etməliyik, çünki hamımızın potensialını bilirik”.

Daha çox göstər
Back to top button