BaşlıcaSiyasət

Paşinyanın qiymətləndirməsincə, Münhendə Əliyevlə müzakirə dönüş istiqamətli idi

ER Baş naziri Nikol Paşinyan Münhendə keçirilən Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ məsələsinin Azərbaycan Prezidenti İlham Əliyevlə müzakirəsini dönüş  istiqamətli  hesab edir. Paşinyan bu barədə İctimai  televiziya kanalına verdiyi müsahibəsi zamanı bildirib.

“Düşünürəm ki, bu görüşdə dönüş yönəmi . 2018-ci ilin  mayından bəri bəri Azərbaycan bütün beynəlxalq ictimaiyyəti Ermənistanın Qarabağ məsələsində  dezkonstruktiv mövqedə olduğuna inandırmağa çalışır. Həmin söhbəti beynəlxalq cəmiyyətə aydın şəkildə göstərdi ki, Ermənistanın Qarabağa dair konstruktiv mövqeyi var, Azərbaycanınsa Qarabağa olan mövqeyi qarşıdezkonstruktivdir, hətta Qarabağ məsələsində  rassizmə çatan mövqeyi var. Bu, ən vacib nəticədir”-deyərək Paşinyan qeyd edib.

Baş nazir deyib ki, ikinci ən vacib nəticə odur ki,özü erməni xalqına verdiyi  ən vacib vədlərdən birini yerinə yetirmişdir.

“Mən demişəm ki, Qarabağ məsələsində danışıqlar prosesində erməni xalqından heç bir sirrim olmayacaq. O zəmanələr  ötüb haçan ki, Qarabağ məsələsinin varlığına dar mütəxəssislər dairəsi olsun.

Bütün erməni xalqı Qarabağ məsələsinin mahiyyətindən xəbərdar olmalıdır”-deyərək Baş nazir qeyd edir.

Nikol Paşinyan əlavə etdi ki, görüş nəticəsində çox vacib bir olay baş verdi.

“Qarabağ məsələsi üzrə danışıqların yeni məzmunu formalaşdırılır. Mən onu şərti olaraq Münhen prinsipləri adlandırıram” – deyərək Paşinyan qeyd edib.

Fevralın 15-də Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Dağlıq Qarabağ əsas məsələsi ətrafında müzakirə aparıldı.

Daha çox göstər
Back to top button