BaşlıcaSiyasət

Sanikidze: “Paşinyan haqlıdır ki, ermənilər və gürcülər qədim millətlərdir”

Gürcüstanda Əliyevin “qədim Azərbaycan”-a dair bəyatantı narahat doğurur, çünki qonşu ölkə bununla göstərir ki, David Garejiyə olan mövqeyindən də imtina etməyəcək.

Gürcüstanda qeyd edirlər ki, Azərbaycanı dırnaqarası tarixindən çıxartmaq, reallığı göstərmək lazımdır, çünki bütün tarixi faktlar gürcü, erməni, fərs, ərəb və yunan mənbələrində var.

Əliyev Münhendə tarixi faktlara keçərək kobud səhvə yol verib. Bu barədə gürcü politoloq Davit Akubardia deyib.

“Onlar Türkiyədə olduğu kimi tarixi təhrif edirlər.Davit Gareji gürcü tərəfindədir, oradakı abidələr və kilsələr bizə aiddir. Bu barədə çox faktlar var”.

Gürcü xadim qeyd edir ki, Azərbaycanın Gürcüstandakı səfirliyin katibi ilə görüşündə deyib ki, Gareji alban monastırıdır.

“İndi isə deyirlər ki, albanlar əcdadlarıdır. Fakt odur ki, albanlar azərbaycanlı deyildir. Mən hesab edirəm ki, Paşinyan akademik cavablar verib, Əliyev isə buna hazır deyildir. O, uydurma faktlarla çaşqın oldu. ”
Gürcüstan-Azərbaycan sərhədində olan Davit GAreji monastır kompleksi ilə bağlı vəziyyət daim gərginləşdirir.

“Aydındır ki, Azərbaycan tariximiz hesabına öz tarixini yaratmaq istəyir. Və bu ölkə strateji tərəfdaşımızdır. Gürcüstanın strateji tərəfdaşları demokratik, insanq hüquqlarına hörmət göstərənlər olmalıdır”- deyə Gareji aksiyasının təşkilatçılarından biri İrakli Kakadze qeyd etdi.

Gürcüstan-Azərbaycan hökumətlərarası komitəsinin uzun fasilədən sonra yenidən demarkasiya işlərinə başladığında, gürcü tarixçiləri Paşinyan-Əliyev görüşü ərzində Əliyevin saxta bəyanatlarına diqqət yetirirlər.

Tarixçi Qubaz Sanikizde “Radiolur”-a müsahibəsində qeyd etdi ki, Gürcüstanda Əliyevin dediklərinə inana biləcək heç kim yoxdur.

“Tarix daş kimidir, onu məhv etmək mümkün deyildir. Paşinyan doğru dedi, ermənilər və gürcülər qadim xalqlardır, ən azı 3000 illik tariximiz var”.

Sanikidze qeyd edir ki, “Azərbaycanı bolşeviklər yaradıblar, indi isə Qafqazın ən qədim milətini olmaq istəyirlər”.

Daha çox göstər
Back to top button