Başlıcaİctimaiyyət

Stavropolda suriyalı yaraqlılara işləyən azərbaycanlı həbs olunub

Rusiyada FTX əməkdaşları suriyalı yaraqlılara işləyən şəxsi həbs ediblər. Bildirilir ki, həbs olunan şəxs Azərbaycan vətəndaşı Anar Məmmədovdur.

O,Rusiya vətəndaşları ilə sosial şəbəkələrdə yazışaraq, onları Suriyadakı qanunsuz silahlı dəstələrə qoşulmağa cəlb edib.

“Məmmədov Rusiya Federasiyasının ərazisində qalmaq üçün Gürcüstan vətəndaşının saxta pasportundan istifadə edib”, – mənbə bildirib.

Bundan başqa, işə cəlb edənin ən azı üç potensial yaraqlı ilə əlaqədə olduğu açıqlanıb.

Fevralın 5-də Rostov-Don Cənubi Rayon Hərbi Məhkəməsi A. Məmmədovu 14 il müddətinə azadlıqdan məhrum edib.

Daha çox göstər
Back to top button