ArtsaxBaşlıca

Artsax Müdafiə ordusunun yeni komandiri var

Artsax Respublikasının Prezidenti Bako Sahakyan  sərəncam imzaladı  və general-leytenant  Karen Abrahamyanı  Artsax Respublikasının Müdafiə  naziri-müdafiə ordusunun  komandiri vəzifəsindən azad etdi.

Artsax Respublikasının Prezidenti administrassiyasının baş idarəsindən bildirirlir ki,  Sahakyanın imzaladığı digər  sərəncamla general-mayor Calal Harutyunyan  Artsax Respublikasının Müdafiə ordusunun komandirinin birinci müavini- qərargah rəisi vəzifəsindən azad edilərək, Artsax Respublikasının  Müdafiə naziri- müdafiə ordusunun  komandiri vəzifəsinə təyin edilib.

Harutyunyan  Artsax Respublikasının Müdafiə ordusunun komandirinin birinci müavini-qərargahın rəisi vəzifəsinə 2018-ci ilin dekabrında təyin edilib.

Calal Harutuunyan haqqında bir diqqətəlayiq hekayə var. 2015-ci ilin dekabrında Azərbaycan mediası Cəlal Harutyunyanın təxribat zamanı öldürüldüyünü bildirdi. Lakin həmin gün polkovnik Harutyunyanın video ilə bu xəbəri təkzib etdi.

 Xatırladaq ki, son zamanlarda Ermənistanda da kadr dəyişiklikləri oldu. ER Baş naziri Nikol Paşinyanın təklifiylə ER Prezidenti Armen Sarkisyan fevralın 19-da Hərbi polis rəisi Artur Bağdasaryanın və SQ Mənəvi və psixoloji təhlükəsizlik şöbəsinin müdiri Alexan Alexanyanın vəzifədən azad edilməsi barədə qərarları imzaladı.

Daha çox göstər
Back to top button