BaşlıcaSiyasət

ER XİN Başçısı: “Ermənistanda Slovakiya səfirliyinin yaradılması ikitərəfli gündəliyi zənginləşdirəcək”

ER xarici işlər naziri Zohrab Mnatsakanyan  qeyd etdi ki, Slovakiyanın Ermənistanda səfirliyinin yaradılması ölkələrin ikitərəfli gündəmliyini gücləndirəcək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq. Bu barədə fevralın 24-də Slovakiya xarici işlər və Avropa naziri Miroslav Layçak ilə birgə mətbuat konfransında ER XİN başçısı Zohrab Mnatsakanyan bildirib.

“Ermənistan-Slovakiya  münasibətlərinin yaradılmasından bəri iki ölkə arasında dostluq münasibətlər qarşılıqlı hörmətə əsasən qurulub. Əminəm ki, Ermənistanda Slovakiyanın səfirliyinin yaradılması ikitərəfli gündəliyimizi zənginləşdirəcək və keyfiyyətcə yeni səviyyəyə qaldıracaq”,- deyə nazir qeyd etdi.

Mnatsakanyan bildirib ki, Miroslav Layçak ilə ikitərəfli gündəmdəki bir sıra məsələləri müzakirə ediblər, həmçinin siyasi, ticari-iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə və inkişafına toxunublar.

Daha çox göstər
Back to top button