Başlıcaİctimaiyyət

Koronavirus Naxicevanın blokadaya düşməsinə səbəb olub

Türkiyə koronavirusun yayılma təhlükəsi səbəbindən təkcə İranla deyil, həm də Azərbaycanın Naxicevan Muxtar Respublikası (NAR) ilə sərhədlərini bağlayıb.

Qeyd edək ki, İran da Naxicevanla sərhəddi bağlayıb. Nəticədə Azərbaycanın qalan hissəsi ilə birbaşa quru əlaqəsi olmayan muxtar respublika blokadada qalıb. Xarici aləm ilə yeganə əlaqə Bakı ilə hava əlaqəsindən keçir.

Yerli mənbələr Turan-a bildiriblər, yolların blokadası səbəbindən Naxicevanda ərzaq məhsullarının qiyməti artıb. Yerli sakinlər mağazalardan un və digər məhsulları böyük miqdarda alır. Hakimiyyət hələlik ərzaq satışına məhdudiyyət qoymayıb.

Daha çox göstər
Back to top button