
“Siyasi qiymətləndirmələr verə bilmərəm və vermək də istəmirəm. Yalnız subyektiv fikrimi deyə bilərəm ki, belə mübahisələrdə iştirak etməyi düzgün saymıram, çünki İlham Əliyevin bütün çıxışı saxtakarlıq və manipulyasiya üzərində qurulmuşdur.
Mən bu panel müzakirəsi zamanı Azərbaycan rəhbərindən həqiqətə uyğun olan bir kəlmə belə eşitmədim, heç bir konstruktiv yanaşma görmədim, odur ki, gələn dəfə onunla oxşar meydana girməyə dəyər, ya yox?.
Ermənistanın və ümumilikdə Azərbaycan liderlərinin görüşlərinə və danışıqlarına gəlincə, bunlar, əlbəttə, vacibdir, amma digər tərəfdən, bu görüşlərin heç bir əhəmiyyəti yoxdur – hər tərəf öz mövqeyini bildirir, təkid edir və irəliləyiş yoxdur.
Bütün bunlardan sonra atılacaq yeni addımlarımız olmur, ona görə də bu danışıqlardan ciddi gözləntilərin alınmasını mənasız hesab edirəm, heç olmasa indiyə qədər heç bir müsbət inkişaf görmədik”-deyərək “Birinci informasiya” ilə müsahibəsində
Artsax qəhramanı, general –mayor Arkadi Ter-Tadevosyan (Komandos) fevralın 15-də Münhenin Təhlükəsizlik Sammiti çərçivəsində ER Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə keçirilən mübahisəyə toxunaraq bəyan edib.
“İndi biz görürük ki, təkrarən Suriya İdlib vilayəti ətrafında yenidən Rusiya-Türkiyə münasibətlərinin gərginləşib. Bu o deməkdir ki, Türkiyə Rusiyadan qisas almaq üçün bölgədəki vəziyyəti gərginləşdirməyə çalışa bilər və Azərbaycanı bəzi macəralara getməyə yönəldə bilər.
Baxmayaraq o zaman biz onlara layiqincə əks zərbə verəcəyik və atalar sözü olmasın onların ağzına yaxşıca bir yağlı çapalağ çəkərik.Amma hələlik gərək gözləyək görək qarşıda vəziyyət necə cərəyan edəcək.
Çünki istisna olunmur ki, Ruisya ilə Türkiyənin münasibətləri normallaşa da bilər.Ona baxmayaraq ki,Erdoğan cəhd edirdi ki, “dişlərini göstərmiş olsun”,amma məncə Rusiyaya görə o sadəcə olaraq həddini aşan addımlara getməz, ehtiyat edər, çünki Türkiyənin imkanları daha azdır nəinki Rusiyanın.
bu halda, yəni Türkiyə və Rusiya danışıqlar aparacaq və razılığa gələcək, vəziyyət daha da pisləşməyəcək, çünki indi iki ölkənin həm neft, həm də Rusiyada “S-” 400-ləri alamaq məsələsində ümumi maraqları var”.
Artsaxın qəhrəmanı Baş nazir Paşinyanın Qarabağ münaqişəsinin nizamlanmasına dair yanaşmaları ilə razılaşır, xüsusən Artsaxın danışıqlar masasına qayıtmalı, Artsax xalqı öz gələcəyini özləri qərar verəcək və Ter-Tadevosyan Paşinyanın təhlükəsizliklə bağlı çox vacib mesajını da düzgün hesab edib.
Xatırladaq ki, bununla bağlı Baş nazir xüsusilə “Qarabağ Azərbaycan üçün bir ərazidirsə, bizim üçün isə Qarabağ təhlükəsizlikdir və təhlükəsizliyi isə güzəştə getmirlər”.
“Ermənistan Artsax təhlükəsizliyinin qarantıdır və qardaş dövləti heç vaxt tək qoymayacaqdır. Artsax Ermənistanın bir hissəsidir və Azərbaycan bunu çox yaxşı bilir, ona görə də Artsaxa qarşı hər hansı bir əməliyyat, Ermənistana qarşı bir hərəkətdir ki, o da cavabsız qalmayacaq, biz onlara ərazi vermək niyyətində deyilik, daha yaxşı olar ki, bu haqda unutsunlar” – deyərək general-mayor Arkadi Ter-Tadevosyan yekunlaşdı.