BaşlıcaSiyasət

Azərbaycan müxalifəti fevralın 29-na mitinq təyin edib

Müsavat, ReAL partiyaları və D18 Hərəkatı fevralın 29-da seçki saxtakarlığına etiraz olaraq Bakı şəhərində müxalifətin birgə mitinqinin keçirilməsi ilə bağlı razılığa gəlib. Bu barədə Müsavat Partiyasının mətbuat xidməti məlumat yayıb.

Bir sıra partiyaların liderləri və fəallarından ibarət Mitinq Komitəsi fevralın 29-da saat 15:00-dan 17:00-dək MSK-nın binası qarşısında etiraz aksiyası keçirmək niyyətilə bağlı Bakı İcra Hakimiyyətinə müraciət edib.

Bu qurumlar bundan öncə, fevralın 16-da eyni şüarla Mərkəzi Seçki Komissiyasının binası qarşısında mitinq keçirməyə cəhd edib. Mitinqin təşkilatçıları daxil olmaqla onlarla etirazçı saxlanılaraq ölkənin müxtəlif ərazilərində çöllüklərdə sərbəst buraxılıb.

Daha çox göstər
Back to top button