Başlıcaİctimaiyyət

Azərbaycanda narahatdır: Türkiyə Naxicevan ilə sərhədini niyə bağladı?

Türkiyə Naxicevan ilə sərhədini bağlayıb. Bu barədə haqqin.az saytı məlumat yayıb.

 Koronovirusun yayılması təhlükəsini bəhanə edərək Türkiyə Naxicevanla da sərhədini bağlayıb. Üstəlik elə bir vaxtda ki, Azərbaycanda, o cümlədən Naxicevanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyi də bu barədə bəyan edib və Ümumdünya Səhiyyə Təşkilatı da informasiyanı təsdiqləyib.

Bundan əlavə Türkiyə özü Azərbaycan vətəndaşlarını Çindən evakuasiya edib, onların əksəriyyəti tələbələrdir. Evakuasiya olunan Azərbaycan vətəndaşları Türkiyədə karantində saxlanıldılar və onlarda heç bir təhlükəli virus aşkarlanmadı.

Buna baxmayaraq Türkiyə Naxicevanla sərhəddəki Dilucu sərhəd-keçid məntəqəsini bağlayıb, bu məhdudiyyət dünən fevralın 23-də saat 17.00-dən qüvvəyə minib.

“Biz bu tədbirlərlə bağlı zəruri informasiyanı Azərbaycan rəsmi dairələrinə təqdim edəcəyik. Türkiyə və Azərbaycan rəsmiləri yaranmış vəziyyətlə bağlı əlaqə saxlayır və bir-birləri ilə müzakirə olunur”,-Türkiyənin Bakıdakı səfiri Erkan Özoral jurnalistlərə bildirib.

Haqqin.az-a əsasən, şahidlər bildirir ki, Naxicevanla Türkiyənin sərhədində böyük sayda yük maşınları və insanlar yığışıb. Muxtar respublikanın blokada şəraitində olduğu nəzərə alınarsa qardaş ölkənin sərhədi bağlaması acınacaqlı nəticələr verə bilər. Faktiki olaraq Naxicevanın ancaq koronovirusun tüğyan etdiyi İranla quru sərhədi açıq qalır.

İnformasiyalı mənbələr bildiriblər ki, Türkiyə Dilucu sərhəd-keçid məntəqəsini heç bir xəbərdarlıq etmədən və müzakirə aparmadan bağlayıb. Bu fakt başa düşülmür, xüsusən də iki ölkə arasında dost-qardaş münasibətlərini nəzərə alanda. Xatırladaq ki, fevralın 25-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıya səfər etdi.

“Əgər Ərdoğanın təhlükəsizlik xidmətinin Azərbaycana səfərlə bağlı hansısa narahatlıqları yoxdursa o zaman Türkiyə hansı əsasla Naxicevanla sərhədini bağlayıb?Bunu gözləmək qalır ki, tezliklə anlaşılmazlıq aradan qaldırılacaq və Türkiyə onsuz da blokada vəziyyətində olan Naxicevan ilə sərhədini açacaq “- deyə mətbuatda deyilir.

Daha çox göstər
Back to top button