BaşlıcaSiyasət

Türkiyə prezidenti Azərbaycana rəsmi səfərə yola düşüb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə yola düşüb.  R.T.Ərdoğan Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. 

Türkiyə Rabitə və İnformasiya Nazirliyindən verilən məlumata görə, Bakıda Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Ali Şuranın iclası, hökumət üzvlərinin iştirakı ilə keçiriləcək.

Qeyd olunur ki, Şura iclası çərçivəsində keçiriləcək görüşlər müxtəlif formatlarda Türkiyə-Azərbaycan münasibətləri və iki ölkə arasındakı əməkdaşlığı dərinləşdirmək imkanlarını müzakirə edəcək.

Nazirlikdən verilən məlumata görə, iki ölkə rəhbərlərinin bəzi regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparacağı gözlənilir.

Qeyd edək ki, Türkiyə-Azərbaycan Strateji Əməkdaşlıq Ali Şurasının ilk iclası 2011-ci ildə Türkiyənin İzmir şəhərində keçirilmişdir.

Daha çox göstər
Back to top button