BaşlıcaSiyasət

Bu məqalə məhkəmə araşdırmasının predmeti olmalıdır։ Erməni hüquqşünas azərbaycanlının məqaləsi haqqında

Rusiyanın “Nezavisimaya gazeta” qəzeti (Независимая Газета) fevralın 24-də “Sumqayıt faciəsi. Necə başlayıb və necə olub?” başlıqlı məqalə nəşr etdi. Maqələnin müəllifi azərbayvcanlı jurnalist Lev Əsgərovdur.

“Azatutyun” agentliyi bildirib ki, bu maqələ “Nezavisimaya gazeta”sının jurnalistləri üçün sürpriz olub. Qəzetin baş redaktoru Konstantin Remçukov qalmaqallı məqaləyə münasibət bildirməyib.

Ermənsitanın Rusiyadakı səfirliyi “Azatutyun”-a bildirib ki, bu məsələ ilə məşğul olurlar və Rusiyanın qəzetində belə bir məqalənin olmasına münasibət bildirəcəklər.

Məqalə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin arxivlərindən başlayır. Göstərilir ki, ermənilər 1950-60-cı illərdə Sovet İttifaqında Erməni Apostol Kilsəsinin köməyi ilə gizli təşkilatlar yaradıblar.

Müəllif sübut etməyə çalışır ki, Sumqayıt qırğınlarının əsas səbəbi ermənilərin uzunmüddətli sui-qəsdidir və quya qırğınlar ermənilər tərəfindən təşkil olunmuş və həyata keçirilib.

Son illərdə Rusiyanın mediya nəzarəti ilə bağlı qanunvericiliyi sərtəşdirildi. “Azatutyun” bununla əlaqədər  şərh üçün Moskvada yaşayan hüquqşünas Ruben Kirakosiana müraciət edib.

“Rusiyanın media haqqında qanunvericiliyinə görə, media hərtərəfli araşdırma aparmalı və obyektiv olmalıdır. Bu prinsip sözügedən məqalədə pozulur, bu bir şəxsin şəxsi məsuliyyətinə deyil, etnik mənsubiyyətinə əsasələnən birtərəfli məqalədir.

“Sovyet İttifaqı dövründə Sumqayıt ilə bağlı çox sayda məhkəmə və qərarlar var idi ki, qanuni olaraq bu hadisələr sübut olunmuş hesab edilir. Məqalədə yer alan faktlarla bağlı məhkəmə qəararı yoxdur, deyə bilərəm ki, bunlar əsassız, emosional materiallardır”,- deyə Kirakosyan bildirib.

Vəkil hesab edir ki, məqaləyə cavab verilməlidir. Ən azı qəzetdən başqa nöqteyi-nəzəri əks etdirən daha bir məqalənin dərci tələb edilməlidir. Maksimum olaraq isə bu məqalə məhkəmə araşdırmasının predmeti olmalıdır.

Daha çox göstər
Back to top button