Başlıcaİctimaiyyət

İrandan Azərbaycana gedən 23 nəfər xəstəxanaya yerləşdirilib

Azərbaycanın Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi birgə məlumat yayıb.

Azərbaycan mediası xəbər verir ki, İrandan Azərbaycana gələn 23 şəxs müayinə məqsədilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.  Xəstəxanadan Səhiyyə Nazirliyinə verilən məlumata görə həkim müşahidəsinə götürülənlərdən 2 nəfərinin hərarəti normadan bir qədər yüksəkdir.

Qeyd olunur ki, müyinələr karantin müddəti bitənə qədər davam edəcək.

Qeyd edək ki, daha əvvəl İrandan Azərbaycanda gələn 4 nəfərin də xəstəxanaya yerləşdirilməsini bildirilib.

Daha çox göstər
Back to top button