Başlıcaİctimaiyyət

İrandan gələn 52 nəfər Cəlilabad xəstəxanasına yerləşdirilib

Çərşənbə günü İrandan gələn 29 nəfər Cəlilabad rayon xəstəxanasına yerləşdirilib. Onlarda koronavirus əlamətləri yoxdur, ancaq bu xəstəliyin artıq geniş yayıldığı yerlərə getmiş ola bilirlər.

Azərbaycan Səhiyyə Nazirliyinin məlumatında bildirilir ki, ümumilikdə 52 nəfər Cəlilabadda xəstəxanaya yerləşdirilib. Onlardan yalnız ikisinin hərarəti bir qədər yüksəkdir.

Səhiyyə Nazirliyi həmçinin vətəndaşları ajiotaj yaratmamağa və bu kimi yoxlamalara profilaktik tədbir kimi yanaşmağa çağırır.

Daha çox göstər
Back to top button