BaşlıcaBeynəlxalq

Münhendə fiaskomu yoxsa, müsbət inkişafmı? Əliyev-Paşinyan mübahisəsi, analitiklərə görə

Əliyev-Paşinyan mübahisəsi və Münhendəki hansı nəticələri qeyd etdi? Bu nə dərəcədə təsirli idi və sonrakı sülh prosesindən nə gözləmək olar? “Amerikanın səsi”nin verdiyi məlumata görə,  oxşar suallar analitiklər tərəfindən müzakirə olunubdur.

“Münhen “fiyaskosu” Qarabağ münaqişəsinin yaraları nə dərəcədə hələ də dərin olduğunu  göstərir”-deyərək  karnek Fondunun  analitiki  Tom de Vaal özünün “ Erməni-azərbaycan  tarixi atəşkəsinin vaxtıdır” sərlöhvəli məqaləsində qeyd edərək düşünür ki, orada  erməni-azərbaycan liderlərinin  ictimai   mübahisələrini  təhlil edir.

Müəllif əmindir ki, alternativ üçüncü bir yol lazımdır ki, o da  iki tərəflərin  tarixi inkişaflar məsələsində yanaşmalarını təzələməyəcəkdir. De Vaalın qənaətincə,alternativ bir yanaşmanın formalaşmasında tarix dəstəkləyici rol oynaya bilər.

Liderlərin səsləndirdiyi fikirləri təhlil edərək de Vaal, konstruktiv olmağa cəhd göstərməsinə baxmayaraq, iki liderin bir-birlərinə mənalı  hiss ediləcək bir mesajı olmadığını və səsləndirilən fikirlərin xalqlarının tarixi ağrı və sui-qəsd nəzəriyyələrinin əks olunduğunu  təsvir  edirdi.

Siyasi analitik Filip Qamaqhelyan da müzakirələrin məzmunlu olması ilə bağlı fikirləri bölüşür və o  uğursuz idi, lakin ekspertin fikrincə, ictimai dialoqun özü müsbət və vacibdir.

“On illərdir ki, qapalı qapılar arxasında danışıqlar gedir və deyə bilərik ki, bu heç bir müsbət nəticə vermədi” –deyərək Gamaghelyan qeyd edib. Təhlilçinin sözlərinə görə, onlar cəmiyyətdən kəsilmiş olub.

Xalqlar danışıqlar prosesindən xəbərdar olmalı və orada iştirak etməlidirlər. “Prosesin demokratikləşməsi son dərəcə vacibdir və Münhen görüşü bu istiqamətdə bir addım idi. Bu, Ermənistan hökumətinin, mənim bildiyimə görə, irəliləməyə təkan verməli olduğu bir addımolub”-deyərək o,  qeyd edib.

Qarabağ münaqişəsində atəşkəs rejimini qorumaq və tərəflər arasında dialoq üçün Minsk Qrupu formatının rolunu vurğulayan analitik, əmin edir ki, sülh yolu ilə nizamlanmaq üçün yeni formatlar lazımdır.

 “Rəsmi olmaları  vacib deyil. Onlar qeyri-rəsmi ekspert səviyyələrində ola bilərlər. Bu səviyyəli dialoqdan sonra bir çox münaqişələr həll olunmağa başladı. “Sülhə nail olmaq üçün, II Dünya Müharibəsindən sonra Qərbi Avropada qurulan ümumi bir mənzərəyə ehtiyacımız var.

Təhlilçinin fikrincə, bu  barışığının formalaşmasına  erməni-azərbaycan birgə ekspert qrupları töhfə verə bilər.

Daha çox göstər
Back to top button