BaşlıcaBeynəlxalq

The Washington Post “Azərbaycanda saxta seçki” barədə məqalə dərc edib

ABŞ-da mənzillənən “The Washington Post” qəzeti fevralın 25-də “Azərbaycanda səyahət qadağası və saxta seçki” adlı redaksiya məqaləsi dərc edib.

Məqalədə deyilir ki, Azərbaycan Prezidenti İlham Əliyev qisasçılıq və repressiyadan istifadə edir. Qəzetin yazmasına görə, hakim elita ölkədən gizli yollarla pul çıxararaq avropalı siyasətçiləri satın alır, dəbdəbəli mallar əldə edir, çirkli pul yuyur. Eyni zamanda ölkədə jurnalistlər və insan haqları fəalları susdurulur. “İndi o (İlham Əliyev) ailəsinin sərvətini araşdırmış jurnalistlərdən birini – Xədicə İsmayılovanı cəzalandırmaqda davam edir, eyni zamanda saxta parlament seçkisi keçirir”, – qəzet yazır.

Daha çox göstər
Back to top button