BaşlıcaBeynəlxalq

Avropa Məhkəməsinin qərarıyla Azərbaycan hakimiyyəti Xədicə İsmayılovaya 25 min avro ödəyəcək

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) bu gün jurnalist Xədicə İsmayılovanın 2014-cü ilin dekabrında qanunsuz həbsindən verdiyi şikayəti ilə bağlı qərarı elan edib. Sonradan o, iqtisadi cinayətlərdə ittiham olunaraq, 7,5 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu barədə Turan agentliyi məlumat yayıb.

Avropa Məhkəməsi İsmayılovanın 5-ci (azadlıq və toxunulmazlıq), 6-cı (ədalətli məhkəmə araşdırması), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqlarla bağlı  məhdudiyyətlərdən istifadə hədləri) maddələrlə təminat altına alınan hüquqlarının pozulduğunu hesab edib və ona 25 min avro ölçüsündə təzminat ödənilməsi haqda qərar çıxarıb.

Bu, AİHM-nin İsmayılovanın işi üzrə ikinci qərarıdır. Bundan əvvəl Avropa Məhkəməsi jurnalistin mənzilində gizli çəkiliş aparıldığı, kadrlar internetdə yayıldığı zaman onun şəxsi həyatına müdaxilənin qanunsuz olduğu barədə qərar çıxarmışdı.

Daha çox göstər
Back to top button