Siyasət

RF səfiri: “Erməni-rus birliyi regionda təhlükəsizliyin təmin edilməsi üçün vacib amildir”

Regionda təhlükəsizliyin təmin edilməsi üçün həm də  xüsusən qoşunların birləşmiş  erməni-rus qruplaşmalarının fəaliyyəti çərçivəsində ikitərəfli əməkdaşlıq çox vacibdir. Bu barədə fevralın 27-də  “Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının rolu” mövzusuyla  dəyirmi masa zamanı Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopirkin qeyd etdi.

Onun sözlərincə, KTMT öz fəaliyyəti illərində  təhlükəsizliyin bütün təhdidlərinə  cavab vermək üçün  böyük potensial yığıb  və bu il Rusiyanın vəzifəsi mövcud potensialını gücləndirməkdir.

“Bu il Rusiyan üçün daha bir vəzifə, tarixi nöqteyi-nəzərdən vacib olan, tez-tez siyasi mübarizə və manipulyasiya səbəb olan Böyük Qələbə Yubileyinin layiqli şəkildə qeyd edilməsini təmin etməkdir. Məlumdur ki, Ermənistandakı qələbəyə çox diqqət yetirilir”- deyə o, qeyd etdi.

Daha çox göstər
Back to top button