Siyasət
Gürcüstan Azərbaycanla sərhədi bağladı

Gürcüstan koronovirsua görə Azərbaycanla sərhəd qapılarını bağlamaq qərarına gəlib.
Bu barədə Azərbaycan KİV-ləri məlumat yayıb.
Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradze keçirdiyi brifinq zamanı ölkə hökumətinin iki həftə müddətində Azərbaycanla sərhədlərini bağlayacağını bildirib.
Qeyd edək ki, Gürcüstanda koronavirusa yoluxmuş ilk şəxs Azərbaycan ərazisindən ora keçən 50 yaşlı Gürcüstan vətəndaşı olub.